Öyrənməyə və İnkişaf Etməyə Başlayın

Forex və Səhm Bazarına Peşəkarlarla Addım Atın.

Image Elnur

Təsisçi Elnur Rasulov

Mən, Elnur Rasulov, bu akademiyanı maliyyə bazarlarında 8 illik təcrübəmdən ilhamlanaraq yaratdım. Fəaliyyətim boyu bazarların dərinliklərini öyrəndim və anladım ki, treydinqdə uğurun təməli düzgün təhsil və fərdi inkişafdır.

Məqsədim, bu təcrübəmi sizinlə bölüşmək, sizi uğurlu bir treyder olmaq üçün doğru yola istiqamətləndirməkdir. Mənim üçün ən böyük nailiyyət tələbələrimin potensiallarını reallaşdırdığını görməkdir.

Missiyamız

Hər bir tələbəyə maliyyə bazarlarında rasional qərarlar vermək və inamla irəliləmək üçün lazım olan praktiki bilik və bacarıqları təmin etməkdir. Biz sadəcə treydinqi öyrətmirik, həm də təhlil etməyi, riskləri idarə etməyi və davamlı inkişaf etməyi öyrədirik.

Vizyonumuz

Azərbaycanda Forex və Səhm ticarəti üzrə təhsil sahəsində ən etibarlı, şəffaf və peşəkar akademiya olmaq. Məqsədimiz geniş bir treydinq icması yaradaraq tələbələrimizin bir-birini dəstəklədiyi və birlikdə böyüdüyü bir mühit qurmaqdır.

Niyə Bizi Seçməlisiniz?

Təcrübə

Hər bir tələbəyə maliyyə bazarlarında rasional qərarlar vermək və inamla irəliləmək üçün lazım olan praktiki bilik və bacarıqları təmin etməkdir. Biz sadəcə treydinqi öyrətmirik, həm də təhlil etməyi, riskləri idarə etməyi və davamlı inkişaf etməyi öyrədirik.

Missiyamız

Təlimçilərimiz sadəcə müəllim deyil, həm də bazarda aktiv fəaliyyət göstərən peşəkar treyderlərdir. Biz yalnız kitab məlumatlarını yox, real bazarlarda sınanmış effektiv strategiyaları öyrədirik.

Şəffaf Yanaşma

Biz qeyri-real vədələr vermirik. Treydinqin risklərini və imkanlarını açıq şəkildə izah edirik. Məqsədimiz sizə maliyyə bazarlarına realist və məsuliyyətli bir yanaşma formalaşdırmaqdır.

Kurslarımız və Proqramlarımız

İstər sıfırdan başlayan olun, istərsə də təcrübəli treyder, bizim kurslarımız sizin hədəflərinizə çatmaq üçün hazırlanmışdır. Hər bir proqram bazarları dərindən anlamağınız və maliyyə məqsədlərinizə çatmaq üçün zəruri bacarıqları əldə etməyinizə kömək edəcək.

Yeni Başlayanlar

Bu proqram maliyyə bazarlarına ilk addımını atanlar üçün nəzərdə tutulub. Burada siz maliyyə bazarlarının əsas prinsiplərini, əsas terminologiyaları və treydinq platformalarından necə istifadə edəcəyinizi öyrənəcəksiniz.

Kursun Modulları

  • Forex-ə Giriş: Valyuta bazarları necə işləyir?
  • Səhmlər, CFD-lər nədir necə ticarət edilir.
  • Fundamental və texniki analiz
  • Treyder Psixologiyası və Risk İdarəetməsinin Əsasları.
  • Platformaların Funksiyaları və istifadəsi.

Kursun Müddəti

5 dərs hər biri 1.30 saat olmaqla

Öyrənmə Nəticələri

Kursun sonunda siz treydinq platformasında rahat ticarət edə, bazara giriş və çıxış strategiyalarını başa düşəcək və fundamental risk idarəetmə qaydalarını tətbiq edə biləcəksiniz.

Peşəkar Treydinq Kursu

Bu kurs ilkin biliklərə sahib olan və treydinq bacarıqlarını növbəti səviyyəyə qaldırmaq istəyən treyderlər üçün nəzərdə tutulmuşdur. Təlimin sonunda siz mürəkkəb analiz metodlarından istifadə etməyi və öz unikal treydinq strategiyanızı yaratmağı öyrənəcəksiniz.

Kursun Modulları

  • Texniki Analiz: Bazarın statistik təhlili və mikrostrukturu, hesablama əsaslı texniki analiz və onun bazara tətbiqi.
  • Fundamental Analiz: İqtisadi xəbərlərin bazara təsiri.
  • Ticarət Strategiyalarının Qurulması və İdarə Edilməsi.
  • Psixoloji Dözümlülüyün İnkişafı.

Kursun Müddəti

5 dərs hər biri 1.30 saat olmaqla

Öyrənmə Nəticələri

Kursu bitirdikdə siz bazar trendlərini dəqiq təhlil edə, mürəkkəb analizlər apara və effektiv strategiyaları tətbiq edərək bazar əməliyyatlarında daha uğurlu nəticələr əldə edə biləcəksiniz.

Öyrənmə Resursları

Maliyyə bazarlarında sizi dəstəkləmək üçün dəyərli resurslar təqdim edirik. Bu materiallar, biliklərinizi genişləndirməyə, bazarları daha yaxşı anlamağa və peşəkar bacarıqlarınızı inkişaf etdirməyə kömək edəcək.

Məqalələr

Həm yeni başlayanlar, həm də təcrübəli treyderlər üçün hazırlanmış məqalə və bələdçilərimizlə bazarların əsaslarını, təhlil üsullarını və strategiyalarını öyrənin.

Keçid edin
Image

Video Dərslər və Canlı Webinarlar

Mütəxəssislərimizin hazırladığı video dərslər və mütəmadi keçirilən canlı vebinarlarla biliklərinizi vizual olaraq dərinləşdirin.

Keçid edin

Treyder Lüğəti

Əsas terminləri asanlıqla tapa biləcəyiniz geniş bir lüğət ilə treydinq dünyasının dilini mənimsəyin.

Keçid edin

İcma və Rəylər

Uğur hekayələrimizə qoşulun! Bizim akademiyada təlim alan tələbələrimizin uğurları bizim ən böyük qürur mənbəyimizdir. Burada siz onların hekayələrini oxuyub, təlimlərimizin nəticələrini öz gözlərinizlə görə bilərsiniz.

Tələbə Uğur Hekayələri

Tələbələrimizin treydinq səyahəti haqqında real hekayələri oxuyun.

Image

Ramil Məmmədov

İT mütəxəssisi

Təlim bazara baxışımı tam dəyişdi. İndi hər ticarət addımımı daha şüurlu atıram.

Tələbə Uğur Hekayələri

Tələbələrimizin treydinq səyahəti haqqında real hekayələri oxuyun.

Image

Nigar Hüseynova

Marketinq mütəxəssisi

Praktiki misallar və real bazar nümunələri sayəsində hər dərs çox dəyərli idi.

Keçmiş Seminarlardan Fotolar/Videolar

Keçirdiyimiz seminarların və tədbirlərin atmosferini hiss edin.

Image

Aramıza Qatılın

Telegram və sosial media qruplarımız vasitəsilə digər tələbələr və mentorlarımızla əlaqə saxlayın, suallarınızı verin və təcrübə mübadiləsi aparın.

Telegrama Keç

Keçmiş Seminarlardan Fotolar/Videolar

Keçirdiyimiz seminarların və tədbirlərin atmosferini hiss edin.

Treydinq karyeranıza başlamaq üçün ilk addımı atın!

Aşağıdakı form vasitəsilə qeydiyyatdan keçərək bizimlə əlaqə saxlaya bilərsiniz.

WhatsApp və ya Telegram düyməsi vasitəsilə bir kliklə bizə yaza bilərsiniz.

Məlumatlarınızı daxil edərək bizimlə tez və asan əlaqə qurun.

Təlim seçimi

Ən Çox Verilən Suallar

Hər hansı bir sualınız varsa, ən çox verilən sualların cavablarına baxın.

Təlim ödənişlidirmi?

Xeyr, təlim ödənişsizdir. Bir təlim paketi 5 dərsdən ibarətdir.

Təlimin müddəti nə qədərdir?

Təlim 3 həftə davam edir. Həftədə 2 dəfə olmaqla ümumilikdə 5 canlı sessiya keçirilir. Hər sessiya təqribən 1.30 saat davam edir.

Təlim hansı formatda keçirilir?

 Dərslər online və canlı formatda təşkil olunur. İştirakçılar təlimçiyə suallar verə, real vaxtda cavab ala və interaktiv müzakirələrdə iştirak edə bilirlər.

Təlimə qoşulmaq üçün əvvəlcədən bilik tələb olunurmu?

 Xeyr. Təlim sıfırdan başlayanlar üçün tam uyğundur. Əlavə olaraq, bazarda müəyyən təcrübəsi olanlar da öz biliklərini dərinləşdirə biləcəklər.

Təlimdə hansı mövzular öyrədilir?

  • Maliyyə bazarlarının mahiyyəti və iş prinsipləri
  • Fundamental analiz və xəbərlərin təsiri
  • Texniki analiz və qrafik oxuma bacarıqları
  • Real ticarət strategiyaları
  • Risklərin idarə olunması
  • Bazar psixologiyası və emosional nəzarət
 

Təlimdə yalnız nəzəriyyə olacaq, yoxsa praktika da var?

 Təlim nəzəri biliklərlə yanaşı, real bazar nümunələri və qrafik analizləri üzərində praktiki formada keçirilir. İştirakçılar öyrəndiklərini dərhal tətbiq etmək imkanı əldə edirlər.

Təlim qazanc vəd edirmi?

Xeyr. Təlim yalnız maarifləndirici və tədris xarakteri daşıyır. Biz iştirakçılara düzgün bilik və bacarıqlar qazandırırıq, lakin heç bir qazanc vəd etmirik.

Təlimdə iştirakçı sayı məhduddurmu?

 Bəli, yerlər məhduddur. Daha rahat və interaktiv mühit üçün iştirakçı sayı məhdud saxlanılır. Ona görə də vaxtında qeydiyyatdan keçmək tövsiyə olunur.