Image

Böyük Oyunçuların Maliyyə Bazarda Davranışı

Maliyyə bazarlarında qiymətləri təkcə fərdi treyderlər formalaşdırmır. Əsas hərəkətverici qüvvə böyük kapitala sahib olan institutlar, fondlar və iri iştirakçılardır. Bu “böyük oyunçular” bazara fərqli yanaşma ilə daxil olur və onların davranışı qiymət hərəkətlərində açıq şəkildə hiss olunur.

Böyük oyunçular adətən tələsmir. Onlar mövqelərini hissə-hissə qurur, likvidliyin yüksək olduğu anlardan istifadə edir və bazarın emosional reaksiyalarını fürsətə çevirirlər. Kütlə panikaya düşəndə alış, həddindən artıq optimizm zamanı isə satış etmələri tez-tez rast gəlinən davranışdır.

Bu yanaşmanı başa düşmək treyderə bazarda hər hərəkətin arxasında kimin ola biləcəyini düşünməyə kömək edir. Qiymət təkcə “niyə qalxır” yox, “kim üçün qalxır” sualı ilə də oxunmalıdır.