Image

Forex-də Uğurun 3 Sütunu

Forex bazarına girənlərin çoxu ilk günlərində həvəslidir. Qrafiklər cəlbedicidir, hərəkətlər sürətlidir və kiçik bir impuls belə böyük qazanc təəssüratı yaradır. Lakin bir neçə həftədən sonra demək olar ki, hər kəs eyni reallıqla qarşılaşır: strateji bilik olmadan bu bazar, insanı çox tez cəzalandırır.
Forex-də uzun müddət ayaqda qalmağın arxasında tək bir formul dayanır — risk, zamanlama və psixologiyanın bir yerdə işləməsi. Bu üçlükdən biri belə boş düşəndə sistem dağılır.

Risk idarəetməsi — hesabın yaşamaq qabiliyyəti

Risk hər treyder üçün görünməyən təhlükədir, amma nəticələri hər zaman görünür. Bir çox treyder qazanmaq üçün treyd edir, amma peşəkar treyderlər hesabın yaşamasını təmin etmək üçün treyd edir. Əgər hesab qorunmursa, qazancın heç bir mənası yoxdur. Əməliyyata 10–20% risk qoyan treyder emosional olaraq yüklənir və tək bir səhv bütün hesabı silə bilir. Əməliyyata 1–2% risk qoyan treyder isə həm daha sakit, həm də daha davamlı olur. Risk az olduqda, qərarlar daha aydın, daha məntiqli, daha nəzarətli olur.

Risk idarəetməsi həm də treyderə dünyagörüş verir. Stop-loss-un yerini əvvəlcədən təyin etmək, mövqe ölçüsünü hesablamaq, risk–gəlir nisbətinə diqqət etmək — bunlar hamısı ticarəti oyun kimi yox, sistem kimi qurmağı tələb edir. Bu fərqi quran treyder uzunmüddətli qalmağı bacarır.

Zamanlama — bazarın ritmini tutmaq

Forex sürətli bazardır və burada vaxt faktoruda çox vacibdir. Əksər yeni treyderlər səhv yerdə daxil olurlar, çünki qrafikin hərəkətini səthi oxuyurlar. Halbuki bazarın öz ritmi var. London bir cür açılır, New York başqa cür; Asiya sessiyası isə tamamilə fərqli xarakter daşıyır. Volatillik saatlarını bilməyən treyder bazarın ən güclü impulslarını qaçırır.

Zamanlama yalnız saatla bağlı deyil. Trendin hansı mərhələdə olduğunu başa düşmək — impuls, düzəliş və davam hissələrini tanımaq — treyderin ən güclü üstünlüklərindən biridir. Səhv zamanda daxil olan treyder “sistem işləmir” deyir, amma problem sistemdə yox, zamanlamadadır.

Doğru zamanlama treyder üçün həm az stres, həm də daha yüksək dəqiqlik deməkdir. Doğru anda daxil olmaq — emosiyanın qarşısını almaqdır.

Psixologiya — görünməyən, amma oyunu quran element

Forex-də ən çətin şey qrafik deyil, özünü idarə etməkdir.
Qorxu, açgözlülük, səbrsizlik — bunların hamısı bazarı yox, treyderin öz qərarlarını dəyişdirir. Məsələn, insanlar çox vaxt qazancda tez çıxır, dəyərlənsə də qısa qazancı götürürlər. Amma zərərlə olduqda isə çıxmamağa çalışırlar — çünki ağrı hissi daha güclüdür. Bu davranış fərqi treyderin nəticələrini tam tərsinə çevirir. Əsl treyder itkiyə emosional reaksiya verməz, qazanca həddindən artıq sevinməz, planın kənarına çıxmaz. Bu, ticarətin ən çətin, amma ən vacib mərhələsidir.

Psixoloji nizam o qədər güclüdür ki, iki treyder eyni strategiyanı tətbiq edə bilər, amma biri qazanacaq, digəri uduzacaq — çünki onların emosional idarəsi fərqlidir.

SON OLARAQ
Forex bazarında uğur təkcə strategiyada deyil — riski necə qoruduğunda, bazarın ritmini necə oxumağında və özünü necə idarə etməyindədir.
Bu üçlük bir-birinə bağlı işləyəndə treyder həm daha davamlı olur, həm də uzunmüddətli olaraq nəticə əldə etməyə başlayır.