Image

Forex ticarəti niyə risklidir?

Forex bazarı dünyanın ən aktiv maliyyə bazarlarından biridir. Gündəlik trilyonlarla dollarlıq əməliyyat aparılır və bu da bir çox insan üçün cəlbedici görünür. Lakin forex ticarətinə yalnız “pul qazanmaq” məqsədi ilə yanaşmaq əksər hallarda zərərlə nəticələnir.

Forex-də uğur təsadüflə deyil, bilik və düzgün yanaşma ilə formalaşır. Valyuta cütlərinin necə işlədiyini, qiymətlərin nəyə görə dəyişdiyini və riskin necə idarə olunmalı olduğunu anlamadan edilən treydlər şans oyununa çevrilir.

Forex öyrənmək təkcə qrafik baxmaq deyil. Buraya bazar məntiqi, risk idarəsi, kapitalın qorunması və psixoloji intizam daxildir. Kiçik səhvlər belə real pulda böyük nəticələr yarada bilər. Məhz buna görə forex təhsili bazara daxil olmadan əvvəl atılmalı əsas addımdır.

FINLAB-da forex ticarətinə yanaşma sadədir: əvvəl anla, sonra qərar ver. Məqsəd qısa müddətli qazanc vədləri yox, uzunmüddətli düşüncə və sağlam treyd vərdişləri formalaşdırmaqdır.

Forex bazarında qalıcı nəticə əldə etmək istəyən hər kəs üçün əsas sual budur: sən bazara təsadüfi girirsən, yoxsa nə etdiyini bilərək?