Image

İnvestisiya Psixologiyası – Qorxu və Acgözlüyün Arasında

Bazarın ən böyük gücü nə qrafiklərdir, nə də texnologiya — insan psixologiyasıdır. Qorxu qiymətləri aşağı salır, açgözlülük isə köpükləndiri yaradır. Qorxu, açgözlülük və səbr – bazarın ritmini təyin edən əsas emosiyalardır.

Uğurlu treyder bu iki emosiyanın arasında balans tapır. O, itkidən qorxmur, amma tələsərək də qərar vermir. Səbirli olmaq, bazarın tempini gözləmək və öz planına sadiq qalmaq — uzunmüddətli uğurun əsas şərtidir.

İnvestisiya psixologiyası sadəcə “emosiyaları idarə etmək” deyil. Bu, özünü və davranışını tanımaq prosesidir.
Çünki bazarda ən çətin rəqib, çox vaxt elə insanın özüdür.

Uğurlu investorlar bazara reaksiya vermir, planla hərəkət edir.
İtkilərdə sakit qalmaq, qazancda tələsməmək – bu sadə görünən, amma ən çətin bacarıqdır.

İnvestisiya psixologiyası öyrənmək – emosiyalarını idarə etməyi öyrənməkdir.