Stop-Loss və Take-Profit Nədir və Necə Düzgün Yerləşdirilir?
Treyddə hər şey planla olmalıdır. Əgər bazar planına zidd gedirsə — özünü qorumağın yeganə yolu Stop-Loss və Take-Profit əmrləridir.
Sadə desək:
-
Stop-Loss – zərər çoxalmadan əməliyyatı bağlayan əmrdir.
-
Take-Profit – planlaşdırdığın qazanca çatanda əməliyyatı avtomatik bağlayır.
1. Stop-Loss nə üçündür?
Stop-Loss sənə “burda dayan” demək üçündür. Əgər qiymət gözlədiyinin əksinə hərəkət edirsə, sistem əməliyyatı avtomatik bağlayır və daha çox itirməyinə imkan vermir.
Məsələn, 100 dollar hesabın var. Hər əməliyyatda maksimum 1–2 dollar itki planlaşdır. Yəni riskin ümumi hesabın 1–2%-i olmalıdır. Beləcə, səhv etsən belə, hesabın yanmaz.
2. Take-Profit nə üçündür?
Take-Profit isə qazancını vaxtında qorumaq üçündür. Əgər qiymət hədəfinə çatıbsa – sistem əməliyyatı bağlayır və qazanc “cibinə düşür.” Əks halda, çox vaxt treyderlər “bir az da artsın” deyib gözləyir, amma bazar geri dönür və qazanc itkiyə çevrilir.
Sadə qayda:
Risk / Qazanc nisbəti 1:2 olsun. Yəni 10 dollar risk edirsənsə, ən azı 20 dollar qazanc hədəfi qoy. Belə olanda bir uğurlu əməliyyat iki səhvi kompensasiya edir.
Son Olaraq
Stop-Loss səni qoruyur. Take-Profit səni nizamda saxlayır. Onlarsız treyd etmək, xəritəsiz səyahət kimidir – hara gedəcəyini bilmirsən.
Kiçik hesabla başlaya bilərsən, amma böyük səhvləri bu iki alət qarşısını alır.