Image

İtkilərdən Sonra Ayaqda Qalmağın 5 Yolu

Maliyyə bazarlarında heç kim hər dəfə qazanmır. Hətta ən uğurlu treyderlər belə itkilərlə qarşılaşır.
Əsas fərq odur ki, bəziləri bu vəziyyətdə panikaya düşür, digərləri isə dərs çıxarır və davam edir.

İtkilər treydin bir hissəsidir. Amma bu itkilər səni motivasiyasız buraxmamalıdır.
Aşağıda ruhdan düşmədən, özünü bərpa etməyin 5 effektiv yolunu tapacaqsan.

1. İtkiləri şəxsi uğursuzluq kimi qəbul etmə

Bazarda itirmək sənin dəyərini müəyyən etmir. Sadəcə bu o deməkdir ki, planla – bazar bu dəfə uyğun gəlmədi.
Bir əməliyyatla özünü və strategiyanı qiymətləndirmə. Hər uğurlu treyderin arxasında onlarla səhv dayanır.

2. Təhlil et, amma keçmişdə qalma

İtkidən sonra bir az dayan və nə baş verdiyini təhlil et. Amma bunu saatlarla düşünmək, özünü tənqid etmək səni daha çox yoracaq. Ən yaxşı yanaşma: əməliyyatı analiz et, səbəbi tap və irəli bax.

3. Treyd planına sadiq qal

Motivasiyanın ən güclü qaynağı – sabit sistemdir. Əgər hər dəfə emosiyalarla qərar verirsənsə, bazar səni cəzalandıracaq.
Planına və qaydalarına sadiq qalmaq səni həm sakit, həm də sabit saxlayır.

4. Fasilə ver

Hər itkini dərhal “geri qazanmaq” istəyi təbii olsa da, ən təhlükəli davranışlardan biridir.
Bu hal “revenge trading” adlanır və çox vaxt yeni itkilərlə nəticələnir. Bəzən sadəcə bir gün fasilə vermək, beyni və emosiyaları sıfırlamaq ən yaxşı qərardır.

5. Böyük şəkilə bax

Bir itki sənin ümumi nəticəni müəyyən etmir. Treyddə məqsəd hər əməliyyətdən qazanmaq deyil, uzunmüddətli sistemli gəlir qurmaqdır. Motivasiya da buradan gəlir: prosesə fokuslan, nəticəyə yox.

Son Olaraq

Uğurlu treyder olmaq üçün bazar bilikləri qədər emosional dayanıqlıq da vacibdir. İtkilər sənin düşmənin deyil – öyrədən müəllimindir. Əgər hər zərərdən bir dərs çıxarırsansa, sən artıq itirmirsən, inkişaf edirsən.